Təyyarə qəzasında həlak olan bacı-qardaş - bu gün dəfn ediləcək
Hadisə
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Suduroba kənd sakinləri - bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərin dəfn mərasimi keçiriləcək.
News24.az Modern.az-a istinadla bildirir ki, bacı-qardaşın cənazələri Qusar rayonuna çatdırılıb.
Dəfn mərasimi bu gün saat 12-də baş tutacaq.
Qeyd edək ki, gənclərin ata və anası da vəfat edib.