Ticarət mərkəzi suya qərq oldu - Açıqlama

Ticarət mərkəzi suya qərq oldu - Açıqlama Hadisə

Xəbər verdiyimiz kimi, gecə və səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış səbəbindən Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzini də su basıb.

Mövcud vəziyyətlə bağlı News24.az-a açıqlama verən “Sədərək” TM-in Mətbuat Xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, bu dəfə də güclü yağış və normadan artıq miqdar “Sədərək”in “Şirniyyat” adlı ərazisində su basmaya səbəb olub:


“Əraziyə 15-20 daxili qüvvələrimiz cəlb olunaraq problemi həll ediblər. Nasoslar quraşdırılaraq sular çəkilib. Digər kiçik yerlərə dəyən ziyanlar araşdırılır və rəhbərlik tərəfindən tədbirlər görüləcək”.

Kəmaləddin Qədim əlavə edib ki, yağış miqdarı normadan artıq olduğundan ərazidəki nasosların gücü suyu tam çəkməyə çatmayıb:


“Xatırladaq ki, “Sədərək” Ticarət Mərkəzinin bəzi hissələrində subasmanın qarşısını almaq üçün təmir işləri aparılıb, digər ərazilərdə isə problemlərin həlli üçün addımlar atılır”.