Ticarət mərkəzində dəhşət: 19 nəfər xəstəxanalıq oldu - Bu ölkədə

Ticarət mərkəzində dəhşət: 19 nəfər xəstəxanalıq oldu - Bu ölkədə Hadisə

Yaponiyanın paytaxtı Tokioda bir nəfərin ticarət mərkəzinin daxilinə sprey vasitəsilə naməlum maddə püskürtməsi nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, hadisə ticarət mərkəzində yerləşən bankomatların (ATM) yaxınlığında baş verib.

Məlumata görə, püskürdülən maddənin acı bibər tərkibli spreylərdən biri olduğu ehtimal edilir.

Səlahiyyətlilər bəzi şəxslərin boğazda ağrı və qaşınma hiss etdiklərini bildirdiklərini açıqlayıblar.

Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir. /Haber Global/