Tovuzda 16 yaşlı qız alkoqoldan zəhərlənib

Tovuzda 16 yaşlı qız alkoqoldan zəhərlənib Hadisə


Tovuzda zəhərlənmə hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafinin kafi olduğu bildirilir.

Məlumata görə F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb. Faktla bağlı araşdırma aparılır.