Tovuzda 9 yaşlı oğlanı cərəyan vurdu

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurdu Hadisə

Tovuzda azyaşlını elektrik cərəyanı vurub.

News24.az xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini olan 2017-ci il təvəllüdlü Ə.Sofiyevi elektrik cərəyanı vurub.

Xəstəxanaya yeləşdirilən uşağa yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA