Tovuzda ağır qəza: ölən var – FOTOLAR
Hadisə
Tovuz rayonunda ölümlə nətinəcələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində baş verib.
“VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü ölüb.
İlkin məlumata görə, daha iki nəfər xəsarət alıb.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)