Tovuzda ağır qəza: 4 nəfər xəsarət aldı - YENİLƏNDİ

Tovuzda ağır qəza: 4 nəfər xəsarət aldı - YENİLƏNDİ Hadisə

Tovuz rayonunda avtomobil qəzası olub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 4 nəfər xəsarət alıb. Bunlar 2001-ci il təvəllüdlü Vüsal Babayev (2001), Rəvan Həsənov (2004), Amil Mustafayev (2002) və P. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb. // Report

11:01


Tovuz rayonu Qovlar qəsəbəsində qeydə alınan qəza nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:

"Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.05.2026-cı il tarixində saat 03:00 radələrində 5 nəfər (4 kişi, 1 qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müştərək travmalar diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".