Tovuzda çay daşdı, iki nəfər xilas edildi — VİDEO

Tovuzda çay daşdı, iki nəfər xilas edildi — VİDEO Hadisə

Tovuz rayonunda çayın daşması nəticəsində iki nəfər təhlükədə qalıb.

News24.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.

Aparılan əməliyyat tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü Yunis Hümbətov və 1984-cü il təvəllüdlü Seymur İbrahimov xilas ediliblər.

Qeyd edək ki, son bir neçə gündür yağışlı hava şəraiti davam edir. (Qafqazinfo)