Tovuzda evdə hadisə baş verib - 71 yaşlı kişi ölüb
Hadisə
Tovuzda evdə ya**ın olub, 71 yaşlı kişi yanaraq ölüb.
News24.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Həmin ərazidə yerləşən evdə baş verən yanğın söndürüldükdən sonra ev sahibi Rafiq Hüseynovun qardaşı 1954-cü il təvəllüdlü Hüseynov Fazilin yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.