Tovuzda üç uşaq turşudan zəhərləndi
Hadisə
Tovuz rayonunda bir ailənin üç üzvü zəhərlənib.
News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
2021- ci il təvəllüdlü İlqar Hüseyinzadə, onun qardaşı 2022-ci il təvəllüdlü Nihat Hüseyinzadə və 6 yaşlı Gülnur Hüseyinzadə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, uşaqlar nəzarətsiz qalaraq turşu yeyib və ondan zəhərləniblər.
Azyaşlıların vəziyyəti orta-ağırdır.
Hadisə ilə bağlı araşdırma başlanılıb. (Teleqraf.com)