Tovuzda yeniyetmə xəstəxanada öldü
Hadisə
Tovuzda xəstəxanada ölüm hadisəsi baş verib.
News24.az xəbər verir ki, rayon sakini 17 yaşlı Z.Murğuzov ağır vəziyyətdə Tovuz rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin tibbi yardımlarına baxmayaraq yeniyetmə həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. /lent.az/