Toyda bədbəxt hadisə: qonaqlardan biri oynayan yerdə…
Hadisə
Bu gün Zərdabda yerləşən şadlıq evlərindən birində bədbəxt hadisə baş verib.
News24.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Çallı kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Səbuhi Rafiq oğlu toy məclisi zamanı oynayarkən qəfil vəfat edib.
Bildirilir ki, uzun illərdir Bakıda yaşayan və usta kimi çalışan Səbuhi Kərimov toy üçün doğma kəndinə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.