Toydan gələrkən qəzaya düşdü - Fotolar
Hadisə
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi “Ford” markalı 50-EZ-587 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn Xoruzlu kənd sakini Ağalarov Adəm Habil oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SU-373 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü A.Ağalarov toy məclisindən evə qayıdarkən qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.