"Toyu olacaqdı, yasa döndü" - Binəqədidə qohumlar arasında DƏHŞƏT – VİDEO

"Toyu olacaqdı, yasa döndü" - Binəqədidə qohumlar arasında DƏHŞƏT – VİDEO Hadisə

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Hadisədə onun bacısının əri, 30 yaşlı Taleh Qurbanov şübhəli bilinir.

Ailə yaxınları isə hər iki şəxsin münasibətlərinin normal olduğunu, bir-biri ilə qardaş kimi yola getdiyi iddia ediblər.

Yevlax sakini olan T.Qurbanov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ətraflı RTV-nin sujetində