Türkiyə MİT Suriyada əməliyyat keçirdi - 10 İŞİD üzvü saxlanıldı

Türkiyə MİT Suriyada əməliyyat keçirdi -  10 İŞİD üzvü saxlanıldı Hadisə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib.

News24.az xəbər verir ki, təşkilatın Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində “qırmızı bülleten”lə axtarılan 10 İŞİD üzvü saxlanılaraq Türkiyəyə gətirilib.

Saxlanılan 10 nəfərdən 9-u həbs edilib, bir nəfər barədə isə saxlanılma müddəti uzadılıb.

Saxlanılan 10 İŞİD üzvündən birinin, 109 nəfərin həyatını itirdiyi Ankara Dəmir Yolu Vağzalındakı terror hücumunın icraçıları ilə əlaqəsinin olduğu da müəyyən edilib. /CNN türk/