Turist avtobusu uçuruma uçdu: 13 nəfər ölüb - FOTO

Turist avtobusu uçuruma uçdu: 13 nəfər ölüb - FOTO Hadisə

Kolumbiyada turistləri daşıyan avtobusun uçuruma aşması nəticəsində 13 nəfər ölüb, 29 nəfər yaralanıb.

News24.az xəbər verir ki, ölkənin cənub-qərbindəki Kali şəhərindən yola çıxan avtobus Tanqua şəhərinin El Placer bölgəsində 150 metrlik uçuruma düşüb.

Qəzada 13 nəfər ölüb, bəziləri ağır olmaqla 29 nəfər yaralanıb.

Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Səlahiyyətlilər bildiriblər ki, turistlər Valle del Cauca inzibati bölgəsində 2900 metr yüksəklikdə yerləşən tarixi Las Laxas məbədini ziyarət etmək istəyirlər.

Kolumbiya prezidenti Qustavo Petro qəza ilə bağlı açıqlamasında ölənlərin yaxınlarına başsağlığı verib və qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Aynurə



Turist avtobusu uçuruma uçdu: 13 nəfər ölüb - FOTO