Türkanda avtomobil piyadanı vuraraq öldürdü

Türkanda avtomobil piyadanı vuraraq öldürdü Hadisə

Xəzər rayonunun Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu idarə etdiyi “BYD” markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində hərəkətdə olarkən piyadanı vurub.

Hadisə 23 iyun 2026-cı il tarixdə gecə saat 01 radələrində baş verib. İlkin məlumata görə, sürücü ehtiyatsızlıqdan yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən həmin gün Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı araşdırma aparılır./Unikal/