Türkiyə Prezidenti Elazığa səfər edib

Türkiyə Prezidenti Elazığa səfər edib Hadisə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən bölgəyə gedib. 

News24.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Elazığ şəhərində axtarış-xilasetmə işlərinin gedişatı və şəhərdəki vəziyyətlə tanış olacaq. 

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.

Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir. 

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.