Türkiyədə ağır qəza: Yaralılar var
Hadisə
Türkiyənin Zonguldak şəhərində işçi daşıyan maşınla minik avtomobilinin toqquşması nəticəsində altı nəfər yaralanıb.
News24.az Türkiyə mediasına istinadla xəbər verir ki, işçi daşıyan maşın əks istiqamətdən gələn avtomobillə toqquşub. Zərbə nəticəsində hər iki nəqliyyat vasitəsində olan şəxslər xəsarət alıblar. Minik avtomobilinin sürücüsü maşında sıxılmış vəziyyətdə qalıb və hadisə yerinə çağırılan xilasedicilər tərəfindən çıxarılıb.
Qəzada yaralananlar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Nilufər