Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi TIR aşdı - FOTOLAR
Hadisə
Türkiyənin Düzcə vilayətində yük avtomobili aşıb.
News24.az xəbər verir ki, hadisə zamanı Azərbaycan vətəndaşı olan sürücü Anar Y. yüngül xəsarət alıb və ona hadisə yerində tibbi yardım göstərilib.
Məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Avtomobildən sızan maddənin təhlükəli ola biləcəyindən AFAD-a məlumat verilib.
Əraziyə gələn AFAD əməkdaşları xüsusi cihazlarla yoxlama apararaq sızan maddənin zərərsiz olduğunu müəyyən ediblər.
Qəza səbəbindən magistralın hər iki istiqamətində bir zolaq bağlanıb.
TIR kran vasitəsilə götürüldükdən sonra nəqliyyatın hərəkəti bərpa olunub.