Türkiyədə dəhşətli qəza - 11 ÖLÜ, 27 YARALI

Türkiyədə dəhşətli qəza - 11 ÖLÜ, 27 YARALI Hadisə

Türkiyənin Manisa vilayətində yük maşını ilə sərnişin avtobusu toqquşub.

News24.az xəbər verir ki, qəza Akhisar rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 11 nəfər həyatını itirib, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Əraziyə təcili yardım, polis əməkdaşları, xilasedicilər cəlb olunub.

Qəzanın başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.