Türkiyədə DƏHŞƏTLİ hücum hazırlayan - şəxs tutuldu
Hadisə
İstanbul Təhlükəsizlik Müdirliyi Kəşfiyyat Şöbə Müdirliyi və Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları terror təşkilatı İŞİD-in İstanbulda hərəkətə keçməyə hazırlaşdığını müəyyən edib.
News24.az NTV-yə istinadən xəbər verir ki, komandalar təşkilatın İstanbuldakı əlaqələrini təqib edib. Aparılan araşdırmalardan sonra Suriyada bomba istehsalı, terror aktları ilə bağlı təhsil alıb, ölkəyə qeyri-qanuni yollarla gələn İŞİD terrorçusu Cemal A.Y.-nin izi aşkarlanıb. Qruplar ehtimal edilən hücumdan əvvəl şübhəlinin tutulması üçün işlərinə fokuslanıb.
Qrupların işindən sonra şübhəlinin Bağcılarda terror təşkilatı İŞİD tərəfindən yerləşdirilib gizlədildiyi ünvan müəyyən edilib. Bombalı terror aktı hazırladığı təsbit edilən Cemal A.Y. tutularaq saxlanılıb.
Qeyd edək ki, evə baxış zamanı çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar aşkar edilib. Çarpayı altında gizlədilən qılınc da götürülüb.
İstanbul İl Təhlükəsizlik Müdirliyində etdiyi əməliyyatların ardından ədliyyəyə sövq edilən Camal A.Y. “terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edilib.
Günel Məlikzadə