Türkiyədə güclü partlayış oldu

Türkiyədə güclü partlayış oldu Hadisə


Türkiyənin Kocaeli vilayətinin Darıca ilçəsində yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.

News24.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 sakin xəsarət alıb.

3 mərtəbəli binanın girişində qeydə alınan partlayışın səbəbi bilinmir.

Partlayışdan sonra binada yanğın başlayıb, əraziyə həkim briqadası, polis və xilasedicilər cəlb edilib.

Partlayışda həmçinin binaya ciddi zərər dəyib.