Türkiyədə Ramazan tədbirində bədbəxt HADİSƏ - Yaralılar var

Türkiyədə Ramazan tədbirində bədbəxt HADİSƏ - Yaralılar var Hadisə

Qaziosmanpaşada Ramazan tədbirində çadırın çökməsi nəticəsində 5 nəfər yaralanıb.

News24.az türk mediasına istinadla xəbər verir ki, Mərkəzi Rayon Cümhuriyyət Meydanında qurulan tədbir çadırında çox sayda insan olub.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti yaxşıdır.

Hadisə yerində polis qrupları araşdırma aparıb və səhnənin çökməsi anı telefon kamerası ilə qeydə alınıb./milli.az