Türkiyədə tutulan şəxs Azərbaycana ekstradisiya edildi
Hadisə
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.
News24.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Ekstradisiya mayın 20-də həyata keçirilib.
2020-ci ildə mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satmaq məqsədilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən kənar daşınmasını həyata keçirməkdə (Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Babayev Səbutər Adil oğlunun yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.