Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu Hadisə

Türkiyədə zəlzələ olub.

News24.az xəbər verir ki, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun Regional Zəlzələ-Sunami Monitorinq və Qiymətləndirmə Mərkəzi bu gün yerli vaxtla saat 19:25-də Türkiyənin Ərzurum Dərəboğazı bölgəsində 3,2 bal gücündə zəlzələ baş verdiyi barədə məlumat yayıb. Bildirilib ki, zəlzələ 5 kilometr dərinlikdə qeydə alınıb.

AFAD zəlzələnin maqnitudasının 3,2 olduğunu və 12,08 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb. İlkin qiymətləndirmələrə görə, xüsusilə şəhər mərkəzində hər hansı bir mənfi nəticə qeydə alınmayıb.