Türkiyəli deputat avtomobil qəzasına düşdü: - ölən var

Türkiyəli deputat avtomobil qəzasına düşdü: - ölən var Hadisə

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Ayşen Gürcan qəzaya düşüb.

News24.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilir ki, deputatın olduğu avtomobil hərəkətdə olarkən digər nəqliyyat vasitəsi ilə toqquşub.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin sürücüsü ölüb.

Qəzada yaralanan deputat xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.