Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var
Hadisə
Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib.
News24.az xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.
Belə ki, yolun inşasında çalışan şirkətin əməkdaşları - topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər.
Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.