Şuşa-Xankəndi yolunda maşın dərəyə aşdı, xəsarət alan var – FOTOLAR
Hadisə
Şuşa–Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü və bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)