Ukrayna Bryanskı vurdu - Körpü dağıldı, vaqonlar relsdən çıxdı

Ukrayna Bryanskı vurdu - Körpü dağıldı, vaqonlar relsdən çıxdı Hadisə

Rusiyanın Bryansk vilayətində Ukraynaya mıxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində körpünün bir hissəsi uçub, 10 vaqon və 18 boş yarımvaqon relsdən çıxıb.

News24.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yeqor Kovalçuk məlumat verib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının Dyatkovo–Lyudinovo dəmir yolu xəttinə hücumu nəticəsində körpünün bir hissəsi dağılıb və 10 vaqon relsdən çıxıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Kovalçukun bildirdiyinə görə, Uneça rayonunda baş verən digər hücum nəticəsində isə 18 boş yarımvaqon relsdən çıxıb.

Bu hadisədə də xəsarət alan olmayıb.

Hadisə yerinə Rusiya Milli Qvardiyasının əməkdaşları baxış keçirdikdən sonra bərpa işlərinə başlanacağı bildirilib.