Ukraynada fərari hərbçi deputatı öldürdü
Hadisə
Ukraynanın Çerniqov vilayətində fərari hərbçi Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölməsinin komandirini, həmçinin Rivne vilayətinin Kostopol Şəhər Şurasının deputatı A. Novakı öldürülüb.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hadisə arxa cəbhədə yerləşən Novqorod-Siverski şəhərində baş verib.
İlkin məlumatlara görə, qətlin motivi səfərbər edilmiş ukraynalı hərbçilər üçün yaxınları tərəfindən toplanmış pul vəsaitlərinin oğurlanması olub.
Hadisənin döyüş xəttindən uzaqda yerləşən yaşayış məntəqəsində baş verməsi onun hərbi deyil, kriminal xarakter daşıdığını göstərib.
Ukraynanın hüquq-mühafizə orqanları hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyiblər. Kiyev tərəfindən də hazırda rəsmi təsdiq verilməyib.