Ukraynada həlak olan azərbaycanlı Kürdəmirdə dəfn olundu

Ukraynada həlak olan azərbaycanlı Kürdəmirdə dəfn olundu Hadisə

Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana gətirilib.

News24.az xəbər verir ki, mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşmışdı./APA