Ukraynada meşə - YANĞINI

Ukraynada meşə - YANĞINI Hadisə

Ukraynada meşə yanğını baş verib.

News24.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin yanğınla bağlı verdiyi açıqlamada “Xilasetmə qrupları Poltava vilayətində genişmiqyaslı meşə yanğınını söndürməyə davam edir. Yanğının əhatə etdiyi ümumi ərazi təxminən 680 hektardır.

Hazırda təxminən 70 hektar sahədə quru bitki örtüyü və meşə zibilləri yanır. Xilasedicilər Poltava-Kobelyaki elektrik qatarının 57 sərnişinini təxliyyə ediblər. Yerli hakimiyyət Mankivka kəndinin 7 sakinini təxliyə edib. Zərərçəkmiş fərdi ev və tikililərin sayı müəyyənləşdirilir. Yanğının söndürülməsinə ümumilikdə 411 canlı qüvvə və 67 texnika cəlb olunub”, - deyilib.

Məryəm İlhamqızı


Ukraynada meşə - YANĞINI