Timoşenkonun əmlaklarına həbs qoyuldu

Timoşenkonun əmlaklarına həbs qoyuldu Hadisə

Ukrayna məhkəməsi ölkənin keçmiş baş naziri və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonun əmlakına qismən həbs qoyub.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, məhkəmə Timoşenkonun əmlakını, o cümlədən qarajları, telefonları və həyat yoldaşına məxsus üç avtomobili həbs edib.

Lakin “Batkivşina” partiyasının liderinin şəxsi hesabındakı vəsaitə toxunulmayıb. Buna səbəb kimi həmin vəsaitin deputatın yeganə gəlir mənbəyi olması göstərilib.

Qeyd edək ki, bundan öncə TASS agentliyi Timoşenkonun əmlak bəyannaməsi ilə tanış olub. Deputatın və onun həyat yoldaşının hesablarında iki il ərzində təxminən 5 milyon ABŞ dollarının saxlanıldığını bildirilib. Bu məbləğin 4 milyon dolları Timoşenkonun şəxsi hesabında olub.

Məhkəmədə o, bu vəsaiti 2011–2014-cü illərdə həbsdə olmasına görə Amerika şirkətindən mənəvi kompensasiya kimi aldığını deyib. Keçmiş Ukrayna baş naziri şirkətin adını açıqlamayıb. Həmçinin o, bu 4 milyon dolları bizneslə məşğul olması üçün qızına verdiyini bildirib.