UNESCO qoruğunda pələng işçiyə hücum edərək öldürdü

UNESCO qoruğunda pələng işçiyə hücum edərək öldürdü Hadisə

Taylandın UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən "Huai Kha Khaeng" Təbiət Qoruğunda pələngin hücumu nəticəsində qoruğun əməkdaşı həlak olub.

News24.az xəbər verir ki, 48 yaşlı meşə mühafizəçisi iş iclasına gəlmədikdən sonra həmkarları onun axtarışına başlayıblar. Əvvəlcə telefonu və şəxsi əşyaları, daha sonra əşyalardan təxminən 200 metr aralıda cəsədi aşkar edilib.

Mütəxəssislər hadisənin pələng hücumu nəticəsində baş verdiyini ehtimal edirlər. Bildirilir ki, hadisə yerinin yaxınlığında pələng izləri aşkarlanıb.

Hadisədən sonra qoruq müvəqqəti bağlanıb. Hazırda mütəxəssislər müşahidə kameraları və kamera tələləri vasitəsilə hücumu törədən pələngi müəyyən etməyə çalışırlar.