Ürəyindən bıçaqlanan kişi - ÖLDÜ
Hadisə
Cəlilabadda qətl törədilib.
News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Mirxəqani Mirnizami oğlu Əhmədov ürək nahiyəsindən bıçaq zərbəsi alıb.
O, ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.