Uşaqlarını məktəbə aparan qadını fil öldürdü
Hadisə
Hindistanın Kerala ştatında uşaqlarını məktəb avtobus dayanacağına aparan qadın filin hücumuna məruz qalaraq həyatını itirib.
News24.az xəbər verir ki, məlumata görə, qadın 11 yaşlı oğlu və 15 yaşlı qızı ilə birlikdə yolda olarkən vəhşi filə rast gəlib. Hücum nəticəsində qadın ölüb, oğlu yaralanıb. Qızı isə hadisədən xəsarətsiz xilas olub.
Bildirilir ki, ərazidə daha əvvəl də vəhşi heyvanların müşahidə olunması ilə bağlı sakinlərə xəbərdarlıq edilmişdi.