Uşağı qəsdən öldürməkdə təqsirli bilindi: - Görün harada tutuldu
Hadisə
Diyarbakırda "uşağı qəsdən öldürmə" və "qəsdən yaralama" ittihamları ilə 14 il 3 ay həbs cəzası alan qaçaq məhkum gizləndiyi soyuducuda yaxalanıb.
News24.az xəbər verir ki, axtarışda olan şəxslərin tutulması üçün rayon Jandarma Komandanlığı və JASAT qrupları tərəfindən işlər davam etdirilir.
Bu çərçivədə qruplar "uşağı qəsdən öldürmə" və "qəsdən yaralama" cinayətlərindən 14 il 3 ay həbs cəzası alan qaçaq məhkum U.P.-nin tutulması üçün hərəkətə keçib.
Yeniköy Məhəlləsində göstərilən ünvanda əməliyyat keçirən qruplar, soyuducuda gizlənən U.P.-ni yaxalayıb.
Prosedurlardan sonra məhkum həbsxanaya göndərilib.
Məryəm İlhamqızı