Uşaqlar buz meydançasında xəsarət alıblar

Uşaqlar buz meydançasında xəsarət alıblar Hadisə

Vladivostokda müstəntiqlər mərkəzi meydandaki buz meydançasında bir neçə uşağın xəsarət alması ilə bağlı cinayət işi açıb.

News24.az xəbər verir ki, təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə cinayət işi açılıb.

Hadisə yerinə baxış keçirilərkən sürüşmənin texniki sənədlərə uyğun olmadığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Ağa Dadaşzadə