Usta faciəvi şəkildə öldü

Usta faciəvi şəkildə öldü Hadisə


Salyanda yük maşınının altında qalan usta ölüb.

News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman həmi avtomobili digər avtomobil vurub. Nəticəsində təmir etdiyi avtomobil üzərinə düşən Vüsal Sadıqov ölüb.

Faktla bağlı araşdırma aparılır.