Ustanı evin damında "tok" vurub öldürdü

Ustanı evin damında "tok" vurub öldürdü Hadisə

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə dünən saat 11 radələrində Xətai rayonunda qeydə alınıb.

NZS qəsəbəsi A.Qurban küçəsi ev 25-in damında usta işləyən Bərdə rayon sakini 1958-ci il təvəllüdlü Fəxrəddin Əliş oğlu Hacıyevi elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/