"Üzr istəməlisən deyib, bıçağla ürəyindən vurdu" - Xırdalandakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
Hadisə
Ötən gecə Xırdalanda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
News24.az-ın məlumatına görə, 31 yaşlı Rasif Abdullayev qardaşı ilə mübahisə edən şəxsin dostu tərəfindən öldürülüb.
Belə ki, Ayxan Aslanov mərhumun qardaşı ilə mübahisə edib. Rasif Abdullayev hadisəni görərək mübahisəyə müdaxilə edib. Bir müddət sonra tərəflər arasında yaranan gərginlik sakitləşib.
Daha sonra gecə saatlarında Ayxan Aslanov Ceyhun adlı dostu ilə birlikdə Rasifi söhbətə çağırıb. Söhbət zamanı Ayxan Rasifdən üzr istəməli olduğunu bildirib. Rasif isə bundan imtina edib. Bu zaman Ceyhun qəfil bıçaq çıxararaq Rasif Abdullayevə iki zərbə endirib.
Ətraflı RTV-nin sujetində: