Valideyn və oğlu müəllimin - burnunu SINDIRDILAR
Hadisə
Türkiyənin məktəblərindən birində bədən tərbiyəsi dərsi zamanı 8-ci sinif şagirdlərindən birinin qolu sınıb.
məktəb rəhbərliyi uşağı xəstəxanaya aparıb. Daha sonra şagirdin ailəsinə də məlumat verilib.
Uşağın xəbərini eşidən atası və qardaşı məktəbə gedib və həmin vaxt bağçada olan bədən tərbiyəsi müəlliminə hücum edib.
Döyülən müəllimi həmkarları xilas edib. Xəstəxanaya aparılan müəllimin burnunun sındığı müəyyən edilib.
Qısa müddətdə yaxalanan şübhəlilər həbs edilib.
Günel Məlikzadə