Velosipedi ilə traktorun altına düşdü, öldü
Hadisə
İmişlidə azyaşlı uşaq velosipedlə traktorun altında qalaraq ölüb.
News24.az xəbər verir ki, hadisə İmişli rayonunun Rəsullu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Xəlilov Ömər Rəşid oğlu velosipedlə hərəkətdə olarkən traktora dəyib.
Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)