Venesueladakı zəlzələlərdən 4 gün sonra möcüzə
Hadisə
Venesuelada xilasedicilər güclü zəlzələlərdən sonra dörd gün dağıntılar altında qalan bir kişi və onun yeniyetmə oğlunu sağ vəziyyətdə tapıblar.
News24.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Xilasetmə əməliyyatı Karakasdan təxminən 40 kilometr şimalda yerləşən Karabalyeda şəhərində keçirilib.
Axtarış-xilasetmə işlərində Fransa və ABŞ-dən olan xilasedici qruplar iştirak ediblər.
Milli Assambleyanın sədri Xorxe Rodriqesin sözlərinə görə, zəlzələlər nəticəsində 38 xəstəxana, 44 ticarət mərkəzi və daha 1645 infrastruktur obyekti zərər görüb.
Qeyd edək ki, 24 iyun tarixində Venesuelada bir dəqiqədən az fasilə ilə baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.
Bu zəlzələlər son yüz ildən artıq müddətdə ölkədə qeydə alınan ən güclü yeraltı təkanlardan biri hesab olunur.
Təkanlar Karakasda və ölkənin bir neçə ştatında hiss edilib.