Vilayətdə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb

Vilayətdə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb Hadisə

Nijni Novqorod vilayətinin Buturlinski rayonunda M-12 şossesində baş vermiş qəza nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Kia” markalı mikroavtobusun sürücüsü qarşıdakı “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə avtomobildə olan 25 yaşlı sərnişin dünyasını dəyişib. “Kia”nın sürücüsü də daxil olmaqla daha 5 nəfər xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ağa Dadaşzadə