Xaçmaz sakini intihar etdi
Hadisə
Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
News24.az "Unikal"a istinadla xəbər verir ki, rayonun Kiçik-Baraxum kənd sakini, 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğlu özünü asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.