Xaçmazda anbar - YANDI

Xaçmazda anbar - YANDI Hadisə

Xaçmaz rayonunda yanğın baş verib.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Xudat şəhərində ümumi sahəsi 130 m² olan dəmir konstruksiyalardan ibarət anbarın taxta üzlüyü 55 m² sahədə və içərisinə yığılan taxta taralar yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.