Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Hadisə
Xaçmaz rayonunun Yalama kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, ötən gecə “Mitsubishi” markalı avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində 26 yaşlı Asim Muradxanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Məlumata görə, o, Vətən müharibəsi iştirakçısı olub./APA/