Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
Hadisə
Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.
News24.az xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.
Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.
Faktla bağlı araşdırma aparılır.(report)